Tehranın BMT-dəki nümayəndəsi: “ABŞ İrana qarşı müharibəyə başlayıb”

Tehranın BMT-dəki nümayəndəsi: “ABŞ İrana qarşı müharibəyə başlayıb”
17:05 4 Yanvar 2020
92 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni bölməsinə başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı CNN telekanalına müsahibəsində deyib.

İranlı diplomat xatırladıb ki, ABŞ hələ 2018-ci ildən iqtisadi sahədə birtərəfli qaydada Tehranla döyüşərək, İran xalqına güclü təzyiq göstərir.

"Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran lazım bildiyi qaydada cavab verəcək. Bu cür cavabın (qisasın - red.) vaxt və yerini İran müəyyənləşdirəcək", - deyə Taht-Ravançi qeyd edib.

Xatırladaq ki, cümə axşamı Pentaqon ABŞ-ın İraqda İran generalı Qasım Süleymaninin məhv edilməsi ilə bağlı əməliyyat keçirdiyini təsdiqləyib. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 günlük matəm elan edib və generalın qisasının alınacağına dair vəd verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR