SON DƏQİQƏ: ABŞ bazası və səfirliyi bombalanır - Qisas HÜCUMLARI BAŞLADI (VİDEO)

SON DƏQİQƏ: ABŞ bazası və səfirliyi bombalanır - Qisas HÜCUMLARI BAŞLADI (VİDEO)
21:58 4 Yanvar 2020
153 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərlə atəşə tutulub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “yaşıl bölgədə” yerləşən səfirliyin yaxınlığına azı 2 mərmi düşüb. Tələfat barədə məlumat yoxdur. Hadisədən sonra bölgədə həyəcan siqnalları işə düşüb. Səfirliklərin və dövlət əhəmiyyətli binaların yerləşdiyi “yaşıl bölgə”yə giriş-çıxışlar nəzarətə götürülüb.

Bu hücumdan bir neçə dəqiqə sonra amerikalı hərbçilərin olduğu Səlahəddin şəhərində yerləşən ölkənin ən böyük hərbi bazası “Bələd” raketlərlə atəşə tutulub. Tələfat barədə açıqlama yoxdur.

Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumların İran dəstəkli silahlılar tərəfindən təşkil edildiyi güman edilir.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən Bağdadda öldürülməsindən sonra bölgədə vəziyyət son dərəcə gərgindir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR