ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub

ABŞ-ın İraqda yerləşən aviabazası raket atəşinə tutulub.

Metbuat.az xəbər verir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib.

ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.

İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR