SON DƏQİQƏ: Süleymani vətəninə aparıldı - FOTOLAR

SON DƏQİQƏ: Süleymani vətəninə aparıldı - FOTOLAR
10:43 5 Yanvar 2020
127 Dünya
Ölkə mətbuatı
A- A+

İslam İnqilabı Keşikçilәr Korpusunun “Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin cəzanəsi İrana aparılıb.

Publika.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Bildirilib ki, İranın Əhvaz şəhərində vida mərasimi keçirilir. Süleymaninin cənazəsi daha sonra Məşhəd şəhərinə, sabah isə paytaxt Tehrana aparılacaq.

General yanvarın 7-də doğulduğu Kirman əyalətində dəfn ediləcək.

Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də Bağdad şəhərində ABŞ hərbi qüvvələrinin Pilotsuz Uçuş Aparatı vasitəsilə qətlə yetirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/301028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR