İran Trampın hədəsinə cavab verdi

İran Trampın hədəsinə cavab verdi
15:57 5 Yanvar 2020
116 Dünya
Ölkə mətbuatı
A- A+

İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezdenti Donald Trampın Tehranı hədələməsinə cavab verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ə. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə сəsarət etməyəcəyini vurğulayıb.

Ə. Musəvi bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR