Parlamentari: "İranın strategiyası müharibədən çəkinməkdir"

Parlamentari: "İranın strategiyası müharibədən çəkinməkdir"
18:57 5 Yanvar 2020
68 Dünya
Ölkə mətbuatı
A- A+

Müharibədən çəkinmək İran hakimiyyətinin gündəmindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin vilayət müstəqilləri fraksiyasının sədri Qulaməli Cəfərzadə Eymənabadi general Qasim Süleymaninin ölümü ilə əlaqədar keçirilən iclasdan sonra ISNA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, ABŞ-ın hər bir işi gördüyü halda, İranın sükut edəcəyi anlamına gəlmir.

Müharibənin İranın xeyrinə olmadığını deyən deputat bildirib ki, ABŞ tərəfi müharibə istəyindədir. Çünki müharibə ABŞ-ın xeyrinədir, silahlarını regionda sata biləcək.

Eymənabadinin sözlərinə görə, general Qasim Süleymaninin öldürülməsi üçün ABŞ prezidenti Donald Tramp Pentaqona 9 ay idi ki, təzyiq göstərirdi. Azı üç dəfə İran ərazisində Süleymaniyə qarşı sui-qəsd zərərsizləşdirilmişdi və bir neçə nəfər saxlanılmışdı.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR