Çində 59 nəfər naməlum pnevmaniyaya yoluxub

Çində 59 nəfər naməlum pnevmaniyaya yoluxub
20:27 5 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Uhan (Hubey əyalətinin inzibati mərkəzi-red) şəhərində 59 nəfər pnevmoniyanın naməlum formasına yoluxub.
“Report” xəbər verir ki, bu barədə yerli bələdiyyənin Səhiyyə İşləri üzrə Komitəsinin xəbərində deyilir.
Məlumata görə, onlardan 7-i ağır vəziyyətdədir. Qeyd edilir ki, daha 163 nəfər karantindədir.
"5 yanvar 2020-ci il (Yerli vaxtla - red) səhər saat 8:00-ə olan məlumata görə, şəhərimizdə 59 nəfərə virus pnevmoniyasının naməlum forması diaqnozu qoyulub, 7 pasiyentin vəziyyəti ağır qiymətləndirilir, qalan pasiyentlərin vəziyyəti sabitdir. Bu xəstəlik nəticəsində ölüm hadisəsi qeydə alınmayıb", - deyə bildirilir.
Hakimiyyət orqanlarının məlumatına görə, xəstəliyə yoluxmuş şəxslərlə yaxın əlaqələrə malik olan 163 nəfər müəyyən edilib. Hazırda onlar həkim nəzarəti altındadır.
Uhan şəhərində naməlum pnevmoniya ötən il dekabrın sonunda qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-59-nefer-namelum-pnevmaniyaya-yoluxub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR