Yeni il bayramı günlərində Gürcüstanda mindən çox insan qida və alkoqollu içkilərdən zəhərlənib

Yeni il bayramı günlərində Gürcüstanda mindən çox insan qida və alkoqollu içkilərdən zəhərlənib
00:47 6 Yanvar 2020
90 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı günlərində Gürcüstanda qida və alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 31-dən yanvarın 3-dək Gürcüstanın təcilli tibbi yardım müəssisələrinə və xəstəxanalarına alkoqol və qida zəhərlənmələri ilə əlaqədar 1254 müraciət daxil olub. Müraciətlərdən 387-si qidadan, 844-ü isə alkoqollu içkilərdən zəhərlənmə ilə əlaqədardır. Daha 23 halda isə zəhərlənmə həm qida, həm də alkoqoldan baş verib.

Mütəxəssislər bu sayın artacağını istisna etmirlər. Bildirilir ki, bölgələrdə xalq təbabəti ilə müalicə olunanlar da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR