ABŞ-ın Pensilvaniya Ştatında baş verən zəncirvari ağır yol qəzasında 5 nəfər ölüb, 60 nəfər yaralanıb.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, əyalət polisinin açıqlamasına görə qəzada iştirak edən üç yük maşını və bir turist daşıyan avtobus əvvəlcə yol kənarındakı baryerlərə çırpılıb, daha sonra isə bir-biri ilə toqquşub. Nəticədə 7-65 yaş arası olan 60 nəfər yaralanıb və 5 nəfər hadisə yerində ölüb. Yaralılar yaxınlıqdakı müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Bundan başqa, polis yolun uzun müddət bağlı olacağı barədə məlumat yayıb.

ABŞ-da zəncirvari yol qəzası: 5 ölü, 60 yaralı -