Davudoğlu TikTok-da

Davudoğlu TikTok-da
22:17 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Türkiyənin Gələcək Partiyasının qurucusu, sabiq baş nazir Əhməd Davudoğlu özünə "TikTok" hesabı açıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, daha çox gəncin maraq göstərdiyi platformaya üzv olan partiya rəhbəri paylaşdığı ilk videoda meşəlik ərazidə gəzərkən görüntülənib.

Siyasətçi paylaşdığı videoya "Gənclik haradadır?" - deyə soruşdum. "TikTok"da cavabını verdilər, biz də gəldik. Gənclik haradadırsa, biz oradayıq" şərhini verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR