Azərbaycanın voleybol yığması Niderlanda uduzub

Azərbaycanın voleybol yığması Niderlanda uduzub
00:12 8 Yanvar 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş yerli komandanın qələbəsi ilə başa çatıb - 3:0. Famil Ağayevin baş məşqçi olduğu kollektiv ilk setdə 23:25, ikincidə 18:25, üçüncüdə isə 22:25 hesabı ilə uduzub.
Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanı yenib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Niderland qarşılaşması oynanılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-voleybol-yigmasi-niderlanda-uduzub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR