Bu ölkə altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək

Bu ölkə altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək
07:22 8 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Finlandiya ölkənin yeni Baş Naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni Baş Naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördgünlük iş həftəsi daxildir. Sanna Marin deyib: "Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər".

Qeyd edək ki, Sanna Marin Baş Nazir vəzifəsindən əvvəl Finlandiyanın Nəqliyyat naziri vəzifəsini tutub. O, bu vəzifədə olarkən də daha qısa iş həftəsini dəstəkləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR