Bakı. Trend:

Samux rayonunun Qarayeri qəsəbəsində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin