"Xeyli adam həbs edilib" -

AFFA-nın baş katibi Elxan Məmmədov oyun-alqı satqısı ilə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, o, bildirib ki, bu məsələdə adı hallananlar içərisində futbolla məşğul olmayanlar da var:

“Bu məsələ ilə bağlı işlər görülür. Xeyli adam həbs edilib. Təəssüf ki, bu adamların içərisində futbolla məşğul olmayanlar da var. Onlarla hüquq-mühafizə orqanları məşğul olur. Yenə də mübarizə aparacağıq. Saxlanılan adamlar da var. Onların içərisində məşhur insanlar da var. Lakin biz indi ad çəkə bilmirik. Bu məsələdə bizə dəstək olan futbolçulara da təşəkkür edirəm. Bəzi futbolçular məxfi şəkildə bizə məlumatlar verdilər. Ümid edirəm ki, media da bizə dəstək olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR