Suriyada 4 türk hərbçisi həlak oldu

Suriyada Türkiyə ordusunun 4 hərbçisi həlak olub.

Metbuat.az Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə “Sülh çeşməsi” əməliyyatları nəticəsində terrorçulardan təmizlənən bölgədə baş verib. Terror minalanmış avtomobilin partladılmasıyla törədilib. Hücumun PKK terrorçuları tərəfindən təşkil olunduğu bildirilir.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR