Gəlinlik geyinmək üçün 44 kiloqram ARIQLADI -

Gənc qız arzuladığı gəlinliyi geyinmək üçün 44 kiloqram çəki atıb.

Metbuat.az xəbər verir ki, İngiltərədən olan Katie Peters gələcək nişanlısı Metyu ilə 2008-ci ildə bir gecə klubunda tanış olub. Gənclər bir-birlərinə ilk baxışdan aşiq olublar.

Hər zaman artıq çəkidən əziyyət çəkən Katie bir neçə il ərzində arıqlamaq üçün müxtəlif yolları sınayıb və hər zaman bu işi sonuna qədər davam etdirə bilməyib.

Lakin nişanlısının 2016-cı ildə ona evlilik təklif etməsi ilə Petersenin həyatı dəyişir.

"Mən hər zaman o gəlinliyi xəyalımda geyinirdim. Lakin işin ciddiləşməsi məni hərəkət etməyə vadar etdi", - deyə o, bildirib.

Bundan sonra Katie, təşkil olunmuş "Arıqlama dünyası" proqramında iştirak edərək iki il ərzində düz 44 kiloqram arıqlayıb. Öz toyunda Katie xəyalındakı gəlinliyi ilə qonaqları qarşılayıb.

Katie nişanlısının onu hər vəziyyətdə qəbul edəcəyini bildirdiyini göz yaşı içində qeyd edib. (ölkə.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR