ABŞ-la İran arasında müharibə qaçılmazdır - SORGU

ABŞ-la İran arasında müharibə qaçılmazdır - SORGU
09:38 9 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ xalqının 71%-i bir neçə ilə ərzində İranla müharibənin qaçılmaz olduğuna inanır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

“Röyters/Aypos” tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra aparılan anket sorğusunun nəticəsinə əsasən, Amerika xalqının dörddən-üçü ABŞ-la İran arasındakı gərginliyin müharibəyə çevriləcəyini düşünür.

Sorğuya qatılan hər 10 respublikaçıdan 7-i müharibə ehtimalı üzərində dayanır. Demokratçıların 77%-i də eyni mövqeyi paylaşır.

ABŞ xalqının sadəcə 17%-i müharibə olacağına inanmır. 5%-i isə ümumiyyətlə, müharibə başlayacağını cəfəngiyyat adlandırır.

Bundan başqa, sorğuya qatılanların 53%-i ABŞ prezidenti Donald Trampın İran siyasətini dəstəkləmir. Hər 10 nəfərdən 4-ü İranın ABŞ üçün böyük təhdid olduğunu düşünür.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/301385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR