Slavçev: "Azərbaycanda legionerlər arxa planda qalır"

Slavçev: "Azərbaycanda legionerlər arxa planda qalır"
11:37 9 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ"dakı ilk ilimdə hər şey yaxşı idi. Daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Futbolla bağlı səbəblərdən baş məşqçi mənə etimad göstərməməyə başladı. 100 faiz məşq edirdim, fərdi olaraq da hazırlaşırdım. Ancaq mənə etimad göstərilmədi ki, bu da peşəkar futbolçu üçün çox önəmlidir".
"Report"un məlumatına görə, bu sözləri hazırda "Levski" kubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Simon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında deyib.
26 yaşlı futbolçu Azərbaycanda legionerlərin arxa planda qalmasından gileylənib: "Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir. Onlar ilk növbədə öz futbolçularını qiymətləndirirlər, sonra legionerləri. Olduğum bütün komandalarda yerli futbolçu var idisə, hər zaman ona şans verilirdi. Legionerlər isə arxa planda qalırdı. Bu amil azarkeşlərə də aiddir. Onlar öz futbolçularını tez sevirlər. Əcnəbilər üçün isə bu, xeyli çətin olur".
Qeyd edək ki, 2018-2019-cu illərdə "Qarabağ"da çıxış etmiş 26 yaşlı futbolçu keçirdiyi 18 oyunda 2 qola imza atıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-daki-ilk-ilimde-her-sey-yaxsi-idi-daimi-oynayirdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR