Xırdalanda oyun zalından oğurluq olub

Xırdalanda oyun zalından oğurluq olub
19:57 9 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda naməlum şəxs obyektdən 1 ədəd "PlayStation 4" aparatını oğurlayıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.
Naməlum şəxs müştəri kimi daxil olduğu obyektdən oğurluq edib. Hadisə təhlükəsizlik komerası tərəfindən qeydə alınıb. Təxminən, yaşı 30-35 olan naməlum şəxs əvvəlcə müştəri kimi içəri daxil olaraq qəlyan sifariş edib. Daha sonra o, diqqətdən yayınaraq "PlayStation 4" aparatını oğurlayıb.
Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Fakatla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xirdalanda-oyun-zalindan-ogurluq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR