"Onunla unudulmaz 3 gün keçirdim, otelə qədər hər şey elədi" -

Xarizmatik yoldaşım var mənim. İlkin hal-hazırda Kiyevdə işləyir.

Metbuat.az xəbər verir ki, bunu Günel Məhərrəmova "Hər şey daxil" də aparıcı Tarix Əliyevin (Tolik) "Həyat yoldaşından niyə ayrılmaq istəyirsən?" sualına cavab verərəkən deyib.

Günel Tolikin sualını cavablandırarkən maraqlı etirafı ilə də diqqət çəkib:

"Ayrılmaq deyəndə ki, artıq neçə ildir, o, Kiyev şəhərində yaşayır, orada işləyir. Mən keçən il Novruz bayramı ilə əlaqədar ora getmişdim. İlkin mənim qabağıma çıxdı qarşıladı. Otelə qədər hər şey elədi. Çünki onlar oğlanlarla bir yerdə qalırlar. Mən onlarla qala bilməzdim. Biz 3 gün bir yerdə olduq, təzə sevgililər kimi. Yeməyə getdik, gəldik. Unudulmaz, maraqlı bir neçə gün keçirdik. Mən ona sual verdim ki, "Sənin, ümumiyyətlə, fikrin nədir, neyləmək istəyirsən?". Dedi ki, mən Azərbaycana o halda qayıdacam ki, özümü tutum, yaxşı pulum, işim-gücüm olsun. Bugünkü gün, hələ ki, durğunluqdur. Heç nə deyə bilmirəm. Nə ayrılmışam, nə elədir, nə belədir. Oğlum da çox istəyir onu, onun necə tərəfini saxlayır. Oğlumun 8 yaşı var". (milli.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR