İbrahim Tatlısəs səhnəyə qayıdır

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yenidən səhnəyə qayıdır.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İbrahim Tatlısəs 68 yaşını böyük oğlu Ahmet Tatlısəsin İstanbulda saç transplantasiya mərkəzində qeyd edib. Jurnalistlərin suallarını cavablandıran məşhur müğənni onu sevənlərə də şad xəbər verib.

“Artıq meymun gözlərini açdı. Yeni layihələr və mahnılarla geri dönürəm, ümid edirəm tezliklə yeni bir proqram da hazırlayacağam", - deyə İbrahim Tatlısəs bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR