İordaniyada aksiyalar başladı

İordaniyada İsrail ilə 2016-cı ildə imzalanan və bu ilin 1 yanvar tarixindən qüvvəyə minən qaz müqaviləsinə qarşı nümayişlər keçirilib.

Metbuat.az xəbər verir ki, paytaxt Amman və ölkənin bir çox böyük şəhərlərində keçirilən nümayişlərdə etirazçılar İsrailin Aralıq dənizindəki təbii qaz yataqlarından İordaniyaya qaz axınının başlamasına etiraz ediblər.

Xatırladaq ki, 2019-cu ilin mart ayında İordaniya Nümayəndələr Palatası qaz müqaviləsini rədd etmişdi. Lakin Konstitusiya Məhkəməsi bu müqavilənin hökumətlər arasında deyil, iki şirkət arasında imzalanmasına görə Məclisin sənədi təsdiqləməsinə gərək qalmadığına qərar vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR