Daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb

Daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb
13:01 11 Yanvar 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Biləsuvar gömrük postunda daxili orqanında narkotik vasitə və psixotrop maddən keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq onunla şifahi sorğu-sual aparılıb.

Komitədən Trend-ə verilən məlumata görə, onun üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların olub-olmaması soruşulub. Xanım vətəndaş isə öz növbəsində onda qadağan olunmuş heç bir predmet olmadığını bildirib.

Sonra onun üzərində şəxsi yoxlama aparılıb və qanunla qadağan olunmuş hər hansı predmet aşkar edilməyib. Lakin, daxili orqanlarında narkotik vasitə olduğu ehtimal edildiyindən onun həkim müayinəsindən keçirilməsi zərurəti yaranıb. Bundan sonra xanım vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş 6 ədəd bükümdə, ümumi çəkisi 99 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və ümumi çəkisi 70 qram təşkil edən ağ rəngli, xırda kristallik halda psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3175876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR