12 yaşında “IBM”-in ən gənc proqramçısı olan dahi uşaq – Tanmay Baxşi

12 yaşında “IBM”-in ən gənc proqramçısı olan dahi uşaq – Tanmay Baxşi
19:42 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Dünyadakı ən ağıllı uşaqlardan biri olan Hindistan əsilli Tanmay Baxşı digər həmyaşıdlarından biraz fərqlidir. Çünki o, həmyaşıdları kimi kompyuter oyunları oynamaq yerinə İBM ilə süni intellekt üzərində çalışan proqramçılarındna biridir.

Kompüter proqramlarına olan sevgisi hələ 5 yaşındaykən oyunlarla başlayıb. Daha sonra kompüter ekranının işləyən mexanizmasına maraq oyanıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, baxşının maraqlarını kəşf edən ilk olaraq atası olub və ona bu yolda köməklik göstərib. Başxı ilk olaraq Foxro, Bash və Visual Basic kimi kompüter dillərini öyrənməyə başlayıb.

İlk böyük tətbiqini 8 yaşında yaradıb. 9 yaşında isə uşaqlara vurma cədvəlini öyrənməyə köməklik edən Ttables adlı ios proqramını bazara çıxarıb.

12 yaşında Baxşı,  "IBM" watsonun ən gənc proqramçısı oldu, hətta proqramda bir xətanı belə aşkarladı.

Baxşı eyni zamanda həm yazıçı, həm də müəllimdir. Yeni başlayan İOS proqramlarını inkişaf etdirmək üçün bir proqram dili olan Hello Swift adlı kitab yazan Baxşı ikinci kitabını da yazmağa hazırlanır.

Bunlarla yanaşı bir Youtube kanalına sahibdir. Bu kanalda proqramlaşdırma, alqoritm, kompüter, riyaziyyat, elm və "IBM" Watson ilə bağlı bi texnologiya öyrədir. 250 min abunəsi var.

Baxşı bir müsahibəsində müəllimliyə olan marağını bucür dilə gətirib: bildiyimi paylaşmaqdan xoşum gəlir, insanlar haqqında texnolojiləri öyrənmək üçün məlumat çatızmazlıqları var və buna görə də bildiklərimi  Youtube, yazdığım kitablar, sahib olduğum elementar notlar vasitəsilə paylaşmaq istəyirəm.

Yaşıdları kimi təhsil almaya vaxtı olmayan Baxşı, 2.5 ildir evdə təhsil alır. Kodlaşdırma ilə məşğul olmayanda isə Youtube videoları hazırlayır və ya proqramlaşdırma şirkətlərində məruzəçi kimi işləyir.

Son olaraq Baxşının gənc proqramçılara bəzi tövsiyyələri var: kiçik yaşınızdan başlayın, ən asan yollarla başlayın, oynayaraq başlayın. Səhvlərinizdən qorxmamaq və yenidən təkrarlamaq məcburiyyətindəsiniz. Hər zaman bunu etsəniz proqramlaşdırmada daha yaxşı yerə çatacaqsınız və əlbəttəki, hər bir yalnışın bir doğru yolu olduğunu əsla unutmayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR