Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakinin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, aparılan axtarışlar zamanı 1955-ci il təvəllüdlü, Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.
Meyit müayinə olması üçün Səhiyyə Nazirliyinin tibbi ekspertiza və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.