Çin qırıcı təyyarələrə lazer silahı quraşdıracaq

Çin qırıcı təyyarələrə lazer silahı quraşdıracaq
21:17 11 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Çin ordusu qırıcı təyyarələrə quraşdırılacaq lazer silahları üçün platformalar hazırlamağa başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilk sınaqlar 2020-ci ilin birinci yarısında başlayacaq.

Çin kütləvi informasiya vasitələri iddia edir ki, artıq hərbi təyyarələrə yapışdırıla bilən "lazer silah platforması" üzərində iş gedir. Sözügedən sistemin hazırlanması və inkişaf etdirilməsi barədə məlumat Çin ordusunun rəsmi saytında da yerləşdirilib.

İddiaya görə, həmin lazer silahları yaxın məsafədən raketləri tutmaq və ya düşmən təyyarələrini vurmaq üçün istifadə edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/816761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR