Ronaldu növbəti dəfə komandasına qələbə qazandırıb

Turinin “Yuventus” klubu İtaliya A seriyasının 19-cu turunda “Roma”ya qalib gəlib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Romada keçirilib və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İtaliyanın hazırkı çempionları artıq 3-cü dəqiqədə hesabı açıblar. Merih Demiral qonaqları dəqiq zərbəsi ilə sevindirib.

Bundan 7 dəqiqə sonra Kriştianu Ronaldu penalti ilə “Yuventus”un üstünlüyünü artırıb – 2:0.

Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. “Roma”nın heyətində yeganə qolu Dieqo Perotti 11 metrlik cərimə zərbəsindən vurub.

“Yuventus” ardıcıl dörd qələbə qazanaraq 48 xalla turnir cədvəlinə başçılıq edir. “Roma” 35 xalla yarış cədvəlində 5-ci yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR