Məşhur idmançı ölümcül qəza keçirdi -

Dünya reytinqində ilk pillədə qərarlaşan badmintonçu Kento Momota Malayziyadakı turnirdən sonra qəza keçirib.

Metbuat.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, hadisə 26 yaşlı idmançının “Masters” seriyalı yarışdakı qələbəsindən sonra baş verib. Momotanın hava limanına getdiyi mikroavtobus yük maşını ilə toqquşub.

Badmintonçunun burnu sınıb və üzündə kəsiklər əmələ gəlib. Məşqçilər, nümayəndələr və digər idmançılar yüngül xəsarətlər alıblar. Sürücü isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Kento Momota 2018 və 2019-cu illərdə həm Asiya, həm də dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR