Tbilisidə Kavtaradze küçəsindəki tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Yanğının yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə yayılması təhlükəsi olub. Yanğınsöndürənlər yanğını vaxtında lokallaşdıraraq onu tam aradan qaldırmağa müvəffəq olublar.

Hadisə yerinə 14 yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb./ Report