Haftar atəşkəs haqqında sazişi imzalamadı

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.

Metbuat.az xəbər verir ki, bu barədə RİA “Novosti” liviyalı mənbəyə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin, Haftar sabaha kimi vaxt istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR