“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici iqtisadi fəaliyyət iştirakçıların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 77,3% və ya 2 dəfəyə yaxın artaraq 44 554-ə çatıb.
Xarici ticarət iştirakçıları içində fiziki şəxslərin sayı illik müqayisədə 2 dəfədən çox artaraq 35 666-ya, hüquqi şəxslərin sayı isə 20,2% artaraq 8 888-ə çatıb.