İranda baş verən etiraz aksiyalarında saxlanılanlar var

Bu günlərdə Tehranda “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasından sonra ölkədə keçirilən etiraz aksiyaları zamanı 30-dək insan saxlanılıb.

Metbuat.az “Tasnim”ə istinadən xəbər verir ki, Ali Məhkəmənin sözçüsü Qulamhüseyn İsmayıli bu barədə bildirib: “Son hadisələrdə saxlanılanlar oldu, lakin onların dəqiq sayını söyləyə bilmərəm. İlkin məlumata görə 30 nəfərə yaxındır”.

O, saxlanılanlardan bəzilərinin məhkəmə araşdırmasından sonra azad edildiklərini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR