Mafiya lideri olan qadın öldürüldü -

Meksikada "Jalisco Yeni Nəsil Karteli"nin öndə gedən qadınlarından "La Katrina" ləqəbli mafiya lideri Mariya Quadalupe Lopez Eskivelin öldürüldüyü açıqlanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat keçirən polis əməkdaşları ilə 21 yaşlı "La Katrina"nın dəstəsi arasında atışma olub. Atışmada dəstə başçısı qadın da itirak edib.

İnsident zamanı silahlı 6 nəfərin saxlandığı, 1 qadının ağır yaralı vəziyyətdə xəstəxanaya aparıldığı və orada öldürüldüyü bəlli olub.

Öldürülən qadının Quadalupe Lopez Eskivel olduğunu paylaşılan fotolardan sonra sosial şəbəkə istifadəçiləri iddia edib.

Belə ki, dövlət orqanları qadının kimliyini açıqlamasa da, sosial şəbəkdəki görüntülərdə qadının qolundakı "Katrina" döyməsinin Eskivelinki ilə eyni olduğu ortaya çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR