Haftar 2 gün möhlət istəyib - Rusiya

Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar Liviya Milli Razılıq Hökuməti ilə atəşkəs razılaşmasının imzalanmasına müsbət yanaşır.

Metbuat.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, X. Haftar atəşkəs razılaşmasının mətnini Liviya Milli Ordusunu dəstəkləyən qəbilə başçıları ilə müzakirə etmək üçün 2 gün möhlət istəyib.

Xatırladaq ki, dünən Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar da qatılıb.

Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR