Dul qadının sevgilisi qızına təcavüz etdi, bədənində siqaret söndürdü

Dul qadının sevgilisi qızına təcavüz etdi, bədənində siqaret söndürdü
10:12 15 Yanvar 2020
89 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda 25 yaşlı Naqaraj adlı şəxs sevgilisinin beş yaşlı qızına təcavüz edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Karnataka əyalətində baş verib.

Bildirilir ki, sözügedən şəxs Facebook-da dul qadınla tanış olub və onlar birlikdə yaşamağa qərar veriblər. Lakin Naqaraj adlı şəxs qadının beş yaşlı qızına təcavüz edərək, azyaşlının bədənində siqaret söndürüb.

Hadisənin üstü Uşaq Müdafiə Mərkəzinə daxil olan şikayətdən sonra açılıb. Aparılan yoxlamalar zamanı azyaşlı qızın cinsi istismara məruz qalması təsdiqlənib, bədənində yanıq izləri aşkarlanıb.

Qadının sevgilisi dərhal həbs olunub. Zərərçəkmişin, qardaşının və anasının müdafiəsini dövlət öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR