"Çin avtomobilləri yollarımızı məhv edib" -

“2012-2014-cü illərdə Azərbaycana Çin istehsalı olan bəzi avtomobillər gətirlib ki, onlar da yalnız asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulub. Amma bu maşınlar asfalt yollarımızda hərəkət edərək infrastukturu məhv edib”.

Metbuat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Amma indi həmin avtomobilləri yollarımızda görmək elə də mümkün deyil. Əsasən 2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”, - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR