Renat Dadaşov Azərbaycan klublarına gəlməkdən imtina edib

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.

Metbuat.az-ın məlumatına görə, gənc hücumçunun müqavilə ilə məxsus olduğu İngiltərənin “Vulverhempton” klubu oyunçusunu icarəyə vermək üçün komanda axtarır.

Mövsümün ilk yarısını Portuqaliya təmsilçisi "Pakoş de Ferreyra"da keçirən, amma özünü göstərə bilməyən R.Dadaşov hələlik İngiltərə klubunun U-23 komandasında çıxış edir. Ona müştəri axtaran “Vulverhempton” forvardı mövsümün sonunadək Azərbaycan klublarından birinə yollamaq istəyib. Lakin menecerləri ilə məsləhətləşən R.Dadaşov bu variantdan imtina edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR