Putin Federal Vergilər Xidmətinin rəhbərini Baş nazir vəzifəsinə təklif edib

Rusiya Prezidenti Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş nazir vəzifəsini təklif edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin Mixail Mişustin ilə görüşüb və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə namizdəliyi Dövlət Dumasına təqdim olunub.

Qeyd edək ki, bu gün Baş nazir Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR