"Neftçi" böyük hesabla məğlub oldu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında "Neftçi" ilk yoxlama oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, Roberto Bordinin baş məşqçi olduğu komanda "Polşa"nın "LKS Lodz" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, "Neftçi" yanvarın 20-də Ukraynanın "Dinamo" (Kiyev), 4 gün sonra isə bu ölkənin digər təmsilçisi "Desna" ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR