​Dənizdə qorxulu vəziyyət: İki ada yoxa çıxdı

İndoneziyanın Cənubi Sumatra adasında dəniz səviyyəsinin yüksəlməsi nəticəsində 2 ada suya qərq olub.

Metbuat.az xəbər verir ki, adalardan biri 1 metr, digəri isə 3 metr suda batıb.Məlumata görə, adada yaşayış olmadığına görə ciddi təhlükə yaşanmayıb. Rəsmi dairələr xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə yaxın aylarda daha 4 ada suya qərq olacaq. Yaşayış məskənlərinin olduğu daha bir neçə ada təhlükə altındadır.Suyun səviyyəsinin artması iqlim dəyişikliyi ilə bağlıdır.

Qeyd edək ki, İndoneziyanın ərazisi 16 min 56 adadan ibarətdir.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR