"Azərbaycan Dəmir Yolları"nda 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

"Azərbaycan Dəmir Yolları"nda 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
13:27 16 Yanvar 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları" QSC-də 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib.
Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" dövlət başçısının iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib. Prezidentin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.
C.Qurbanov Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.
İclasda qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.











Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-nda-kollegiya-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR