Həkimlərin maaşı 50 faiz artırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, sərəncama əsasən, Culfa Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamda nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq və fəaliyyətini təmin etməlidir.

Eyni zamanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Culfa Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR