Pəncərədən çılpaq yıxılıb yaddaşını itirən fotomodel həqiqəti açıqladı - FOTO

Pəncərədən çılpaq yıxılıb yaddaşını itirən fotomodel həqiqəti açıqladı - FOTO
20:22 16 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Binadan çılpaq vəzhiyyətdə yıxıldıqdan sonra yaddaşını itirən məşhur fotomodel Kseniya Puntus artıq artıq özünə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müstəntiqlər hadisə baş verən mənzildə Puntus və onun sevgilisi Andrey Bakovla görüşüblər. Model məşhur rusiyalı rejissor Mixalkovun nəvəsi ilə təxminən ay yarımdır görüşdüyünü bildirilib.

Fotomodelin sözlərinə görə, o, pəncərənin kənarında noutbuk, yaxud da "iPad"i ilə oturmağı sevir. Həmin gün o içkili olub və yenə pəncərənin kənarında oturub. Lakin ayağı sürüşüb və yıxılıb. Andrey Bakov isə həmin vaxt yatırmış.

Mixalkovun nəvəsi də Puntusun yıxıldığı barədə qapını döyən sahə polisindən öyrəndiyini bildirib.

Xatırladaq ki, məşhur fotomodeli ağır vəziyyətdə binanın qapıçısı aşkarlayıb və dərhal təcili yardıma xəbər verib. Tibb işçilərinin sözlərinə görə, qızın bütün daxili orqanları əzilibmiş, həkimlər onun sınmış sümüklərini hissə-hissə yığıblar. O, həmçinin, kəllə-beyin travması almışdı. Bu səbəbdən yaddaşını itirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR