Zakir Qaralov bu rayona yeni prokuror təyin etdi -

Baş prokuror Zakir Qaralov Bərdə rayonuna yeni prokuror təyin edilməsi barədə əmr imzalayıb.

Metbuat.az xəbər verir ki, Baş prokurorun əmri ilə Asəf Sarıkişiyev Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib. A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR