Dünyanın ən kiçik adamı vəfat edib

Dünyanın boyuna görə ən kiçik sakini kimi tanınan, Nepal vətəndaşı Haqendra Maqar 28 yaşında vəfat edib.

Metbuat.az “euronews”ə istinadən xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar” kitabının saytında açıqlama verib. Bildirilib ki, səhhəti pisləşən Maqar bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Haqendra Maqarın boyu 67,08 santimetr idi. Son zamanlar onun ürəyində problemlər yaşanırdı. Həmçinin o, astma və pnevmoniya xəstəliklərindən əziyyət çəkirdi.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR