Makronun yerini sosial şəbəkədə paylaşan jurnalist saxlanıldı

Makronun yerini sosial şəbəkədə paylaşan jurnalist saxlanıldı
23:42 18 Yanvar 2020
103 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makronun dünən teatrda olduğunu sosial şəbəkədə paylaşan jurnalist saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, jurnalist Taha Bouhafs paylaşımında teatr salonunda olduğunu və prezidentin oturduğu cərgədən 3 sıra arxada əyləşdiyini qeyd edib. Bundan sonra Fransada pensiyayla bağlı ediləcək dəyişikliyi qəbul etməyən insanlar teatr qarşısına toplaşaraq şüar səsləndiriblər.

Etirazçılar teatr salonuna girməyə çalışsa da, polis buna mane olub. Makron teatrdan təhlükəsizlik qüvvələrinin köməyilə uzaqlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR