Liviyaya silah embarqosu tətbiq edildi - Berlin konfransı

Liviyaya silah embarqosu tətbiq edildi - Berlin konfransı
23:13 19 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

“Liviya münaqişəsinə dair toplantı məhsuldar keçdi. Liviyada sabitliyin bərpası üçün geniş planın tətbiq olunması barədə razılığa gəldik”.

Publika.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel Berlində keçirilən Liviya münaqişəsinin yekunlarına dair açıqlamasında belə deyib. O bildirib ki, bütün tərəflər məsələnin həlli üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Merkel qeyd edib ki, Liviyaya BMT-nin nəzarəti altında silah embarqosu tətbiq edilib.

”Silah embarqosuna və atəşkəsin davam etdirilməsinə tərəflər əməl etməlidir. Yalnız bu halda Liviyada sabitliyi bərpa etmək mümkün olacaq” - deyə Merkel bildirib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/302377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR