Ucarda QƏZA: Bir ailənin 3 üzvü xəsarət aldı

Ucarda QƏZA: Bir ailənin 3 üzvü xəsarət aldı
19:23 20 Yanvar 2020
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə sürücü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/302433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR