Türkiyənin Liviyada mövcudluğu siyasi prosesə zəmin yaratdı -

“Türkiyənin Liviyada mövcudluğu bölgədə sabitliyin bərpa olunacağına dair ümidləri artırıb”.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Liviyaya müdaxilə olunmasaydı indi vəziyyət daha gərgin ola bilərdi. Hücumlar nəticəsində yüzlərlə dinc insanın həlak olduğuna diqqət çəkən Ərdoğanın sözlərinə görə, Ankara Liviya münaqişəsinin həlli üçün əlindən gələni edəcək.

Ərdoğan əlavə edib ki, Rusiya və Türkiyənin səyləri nəticəsində Liviyada əldə olunan atəşkəs, münaqişənin siyasi yolla həlli üçün böyük imkanlar yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR