“Azərsun Holdinq”in kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

“Azərsun Holdinq”in kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)
11:55 21 Yanvar 2020
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib.

Trend bildirir ki, “Azərsun Holdinq”in rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əkil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra şirkətlər qrupunun rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təlimatına əsasən Şirkətlər Qrupu tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3179982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR